Məleykə Əsədova: "Çalışıram ki, qızımın bütün arzularını həyata keçirim"

Məleykə Əsədova: "Çalışıram ki, qızımın bütün arzularını həyata keçirim"

Xalq artisti Məleykə Əsədova qızı Gülərdən bəhs edib. SİA-nın məlumatına görə, aktrisa hazırda qızının bir neçə dil öyrəndiyini də xüsusi ilə diqqətə çatdırıb: "Bu həftəni qızımla keçirdim. Çünki aylardır ki, dərslərinə görə evdən çölə çıxmırdı. Çalışıram ki, onun bütün arzularını həyata keçirim. Uşaq aylardır internet qarşısında dərslə məşqul olur. Gülər hazırda onlayn ispan, alman, rus dili dərsləri alır.

Dərsləri olan zaman onu heç yerə aparmıram. Hazırda tətildədir. Gəzməyin və dərsin öz yeri var. Unutmayaq ki, təhsil hər şeydən önəmlidir. Övladlarımız biz valideynlərinə bu yaşda küsə bilər. Amma onlar bizə gələcəkdə təşəkkür edəcəklər. Uşaqlarımıza diqqəti azaltmayaq!"

Bütün xəbərlər Facebook səhifəmizdə