"Allahın mənə verdiyi ən gözəl hədiyyəsi, məndən çox yaşa" FOTO

"Allahın mənə verdiyi ən gözəl hədiyyəsi, məndən çox yaşa" FOTO

Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Asya Atakişiyevanın doğum günüdür. SİA-nın məlumatına görə, onu özəl günü münasibəti ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında çalışan aktyor nişanlısı Əmrah Dadaşov ilk olaraq təbrik edib.

Əmrah Asyanı sosial media hesabında təbrik edib. Belə ki, o, nişanlısı ilə birgə çəkdirdiyi şəkillərini "İnstagram" hesabında yayımlayıb və bu sözləri əlavə edib: "Bu gün sənin doğum günündür. Allahın mənə verdiyi ən gözəl hədiyyəsi... Asya Atakişiyeva, məndən daha çox yaşa".

Onun bu paylaşımı izləyiciləri tərəfindən xoş qarşılanıb. Onlar da aktrisanın doğum günü münasibəti ilə təbrik ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə