Manaf Ağayev Fədayə Laçını və İlham Mirzəyevi "yıxıb-sürüdü" QALMAQAL

Manaf Ağayev Fədayə Laçını və İlham Mirzəyevi "yıxıb-sürüdü" QALMAQAL

Müğənni Manaf Ağayev həbsxana həyatı yaşamış həmkarı Fədayə Laçın və aparıcı İlham Mirzəyev haqda qalmaqallı açıqlamalar verib. SİA-nın məlumatına görə, ifaçı onlara etdiyi yaxşılıqdan da xüsusi ilə danışıb: " Fədayə Laçın həbs olunanda zülüm-zülüm ağladım. Özümü odun içinə atdım. Mənə Fədayə lazım idi? Onunla da mənim salam-sağoldan başqa münasibətim olmayıb. 2 il həmin xanımın ailəsinə kömək etdim. Düzdür, sağolsun, çıxdı dedi. Amma sən bütün gün canlı yayım açırsan. Bir kəlmə demirsən ki, "əmioğlu, belə şeylərə fikir vermə, hamı səni tanıyır". Bu mənim üçün bəs edərdi".

O, daha sonra küsülü olmasına baxmayaraq, həbsə düşərkən İlham Mirzəyevə etdiyi yaxşılıqlardan da bəhs edib: "Onunla problemim vardı. Özü də bilir. Həbsdə olarkən yanına getdim. Soruşdum yanına gələn olub? "Yox" dedi. Dedim gələn də olmayacaq. O çıxana qədər ailəsinə yardım etdim. Bir dəfə də onun evinə tək getməmişəm. Hər zaman ailəmlə birgə evinə getmişəm. Bir dəfə çıxıb məni müdafiə etmədi. Bir nəfərə qayıdıb ki, nəsə desəm, məni söyəcəklər. Söysünlər də. Sənin yanına gəldiyim üçün məni də söyürdülər ki, "sən hara, o hara?" "

Bütün xəbərlər Facebook səhifəmizdə