"Aysel xanımla evləndiyimizə görə bizi təhqir etdilər, amma..."

"Aysel xanımla evləndiyimizə görə bizi təhqir etdilər, amma..."

Xəbər verdiyimiz kimi, klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu və aktrisa Aysel İbrahimova nikaha daxil olub. SİA-nın məlumatına görə, cütlüyü bu addımına görə sosial şəbəkələrdə tənqid və təhqir ediblər.

Hüseyn onu və xanımını təhqir edən insanlara cavab verib: "Məni və Aysel xanımı evləndiyimizə görə təhqir etdilər. İzləyicilərin sosial şəbəkələrdə ünvanımıza yazılan bütün xoşagəlməz şərhlərini oxudum. Həmin kəslərə təşəkkür edirəm. Çünki hərənin bir xasiyyəti var. Amma bir çox dostlarım yanımızda oldu. Var olsunlar.

Onu da qeyd edim ki, kimin nə yaşadığını heç kim anlaya bilməz. Birinci nikahımda yaşadığım hadisələri danışa bilmərəm. Bu düzgün olmaz".

Qeyd edək ki, aktrisa Aysel İbrahimova da sosial şəbəkədə ünvanına yazılan "Ailə dağıdıb" tənqidlərinə belə cavab vermişdi: "Biz artıq evliyik. 2021-ci ildə evləndik. Heç kimin xoşbəxt ailəsini dağıtmamışam. Dağılmış ailəni necə dağıda bilərəm? Bu mənim nə insanlığıma, nə də xanımlığıma yaraşan bir işdir. Mövzu haqqında heç bir fikrə sahib olmadan tənqid etdiyiniz zaman övladlarınızın gələcəyini, qohum və tanışlarınızda boşanmış xanımları düşünün. Kimin ailəsinin nəyə görə dağıldığını bilmədən ağzınıza gələn rəyləri yazırsınız. Heç kim boşuna, kefindən ailəsini dağıtmır.

Pis heç nə etməmişəm, ailə qurmuşam. Boşananı da, evlənəni də qınayırsınız. Ailə qurmuşam, nə günah işləmişəm ki? Bəziləri kimi ailəli ola-ola min hoqqadan çıxmamışam ki... Cəmiyyətdə xəyanət eden qadınları, uşaqlarınıza pis örnək olan insanları qınamalısınız, ailə quranları yox.

Evlilik təklifi almışam, boşanma səbəbini bilmişəm, daha sonra tanıyıb razılıq vermişəm. Elçilik olub, qohumları gəliblər valideynlərimdən istəyiblər, daha sonra nişan və nikah baş tutub".

Bütün xəbərlər Facebook səhifəmizdə