Tünzalə Ağayeva növbəti klipində azad Şuşamızı tərənnüm etdi VİDEO
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin təşkilati dəstəyi ilə çəkilmiş Xalq artisti Tünzalə Ağayevanın “Şuşam mənim” klipi qısa müddətdə könülləri oxşayıb. SİA-nın məlumatına görə, milli ruh, qəhrəmanlıq, vətənpərvərlik janrında oxuduğu mahnılarla hər zaman tamaşaçıların qəlbini fəth etmiş Tünzalə Ağayeva, bu dəfə öz yeni şərqisi ilə azad Şuşamızı tərənnüm edib. Tünzalə xanımın bəstəkarı olduğu mahnıda qədim Pənahabad, bütün azərbaycanlıların ruhunun, qəlbinin, könlünün şəhəri olan, mənəviyyatımızda, mədəniyyətimizdə xüsusi yerə malik, xarı bülbülün vətəni gözəl Şuşamız vəsf olunub.
Böyük şairimiz Rəsul Rzanın sözlərinə bəstələnmiş mahnı qısa müddətdə azərbaycanlı tamaşaçıların sevgisini qazanıb, necə deyərlər, könülləri oxşayıb. Şərqinin sözlərində deyildiyi kimi, torpaqdan pay olmaz! Gözəllikdə Şuşaya bənzər şəhərin olması da əslində, mümkünsüz görünür. Yüksək səviyyəli və keyfiyyətli klipin çəkildiyi klipdə mədəniyyət paytaxtımızın mənfur düşmənimizdən azad edilməsi əməliyyatına həsr olunmuş və ayrıca səhnələşdirilmiş epizodlar da var. Gözəl ifa və həzin musiqi ilə müşayiət olunan klipdə tamaşaçılar əziz şəhidlərimizin canı, qanı, qazilərimizin misilsiz şücaəti nəticəsində yenidən hürriyyətinə qovuşmuş, əsl təbiət möcüzəsi sayılan və əsrarəngiz məkanda yerləşən şəhərimizin möcüzəvi mənəvi aurasına bir daha valeh olurlar.
Xatırladaq ki, klipin ssenari müəllifi Günel Anarqızı, rejissoru isə Ülviyyə Könüldür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB