"Pandemiyada ayrılıqlar çoxaldı, insanlar çarəsizləşib, tükənmə sindromu bürüyür"
Xalq artisti Faiq Ağayev pandemiya səbəbi ilə tətbiq edilən qadağaların insanlara pis təsir etdiyini bildirib. SİA-nın məlumatına görə, ifaçı ayrılıqların çoxaldığını bildirib: "Pandemiya səbəbi ilə tətbiq olunan məhdudiyyətlər insanların psixoloji durumuna ciddi, bir çox hallarda isə geridönməz neqativ təsir göstərməkdədir. Bir ilə yaxın müddətdə məcburən yarıdustaq halda yaşayan ailələrdə qarşılıqlı aqressiya yaranır, münasibətlər gərginləşir, ayrılmalar çoxalır. Yalqız insanları da lazımsızlıq, çarəsizlik hissləri, tükənmə sindromu bürüyür. Sözüm ondadır ki, bu çətin dönəmdə bir-birimizə əsassız dözümsüzlük, yersiz irad, səbəbsiz nifrət, qəzəb, şiddət sərgiləməyək.
Əzizlərim, qələbə, zəfər əldə edən bir xalq özünə, soydaşlarına qarşı daha qayğılı, həlim, həssas olmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB