Aktrisa Pərvin Abıyeva sosial şəbəkədə izləyicilərinin ona ünvanlandığı sualları cavablandırıb. SİA-nın məlumatına görə, Pərvin "Bir gün hər şeyi atıb başqa ölkədə sizi dəlicəsinə sevən biri ilə yaşayardınız" sualına "Bəli. Sevgidən qidalanıram, eşq qadınıyam. Bəxtim açılıb, son vaxtlar iki-üç evlilik təklifi almışam" cavabını verib.
Aktrisa ünvanına yazılan tənqidlərdən, dostlarının onun yanında olmamasından yazıb: "İnsanlara kömək etməyi, üzlərini güldürüb, sevindirməyi xoşlayıram. Bundan həzz alıram. Çox vaxt deyirəm ki, etməyəcəm, bitdi. Yaxşılıq edəndə maddi heç nə gözləmirəm. Gözlədiyim tək şey pis günümdə yanımda olmalarıdır. Heç olmasa bir zəng, xoş söz, mesaj yazsınlar. Mən ayağa qalxandan sonra bir çoxunun yadına düşdüm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB