Röya: "Aygün Kazımova ilə qonşuyuq, nə vaxt qapısını döysəm kömək edər"

Röya: "Aygün Kazımova ilə qonşuyuq, nə vaxt qapısını döysəm kömək edər"

Xalq artisti Röya Ayxan verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, müğənni illərdir küsülü olduğu həmkarı Aygün Kazımovadan danışıb: "Ötən ay Aygün Kazımovanın ad günü oldu, onu təbrik edirəm. "İnstagram"da paylaşsaydım, qəribə baxacaqdılar. Ona görə də ən yaxşısı efirdən yeni yaşını təbrik edim. Ona çoxlu uğurlar arzulayıram.

Kənardan pis görsənir. Amma hər zaman deyirəm, yeganə qızam ki, yoluma daş qoymayıblar və məni çox istəyiblər. Hər zaman məni dəstəkləyənlər olub. Səhvsiz insan olmur. Səhv insan üçündür. Ya yaxşısan, ya pissən. Sonradan pis olmursan. Bəzi məqamlar oradan-buradan edilir, o da zamanla düzəlir. Aygün Kazımova yaxşı qonşudur. Eyni mərtbədə, fərqli bloklarda qalırıq. İnanın ki, bir şey olsa, qapısını döysəm kömək edər".

Qeyd edək ki, Kazımova da ötən gün proqramların birində Röya ilə bağlı suala "Biz küsülü deyilik" cavabını verib.

Bütün xəbərlər Facebook səhifəmizdə