Aktyor Rəhman Rəhmanovun müğənni oğlu Emil Rəhmanoğlu verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, proqram zamanı maraqlı anlar yaşanıb. Belə ki, aparıcı "Bir həftə öncə Manaf Ağayev dedi ki, "Manaf Ağayev məktəbi var". Yəni toy məktəbini nəzərdə tutur" sözləri ilə Emili qıcıqlandırıb.

Rəhmanoğlu cavabında Manaf Ağayevi lağa qoyub: "O məktəb hansı rayondadır? Necə məktəbdir? Orta məktəbdir?Toy məktəbi deyilən anlam yoxdur. Görün məktəbi nə günə qoyublar ki, hərə özünə bir məktəb deyir. Ona görə Azərbaycan Milli Konservatoriyasını tanımırlar. Gənclər deyir orda konserva istehsal olunur?!"

Bütün xəbərlər Facebook səhifəmizdə