Safurə: "Həyat yoldaşımla Türkiyədə tanış olduq və orada evləndik" VİDEO

"Eurovision" təmsilçilərimizdən olan Safurə Əliyeva "Youtube"da özü ilə bağlı video yayımlayıb. SİA-nın məlumatına görə, keçmiş müğənni şəxsi həyatı ilə bağlı sualları cavablandırıb: "Eurovision" ərəfəsində bir neçə ölkə gəzdim. Amma heç vaxt Türkiyəyə gəlməmişdim. Deyirdim ki, bu necə olur, yaxın ölkə və mən oranı görməmişəm. Üç günlük İstanbula gəldim, türk qəhvəsi almışdım. Bakıda evdə anama və bacıma qəhvə bişirdim. İçəndə dibində ürək forması yarandı. Bir həftə sonra həyat yoldaşımla Türkiyədə tanış olduq və orada evləndik.

İçimdə "Mən burada yaşamalıyam" deyə, bir hiss var idi. Evləndik və yoldaşımın işi burada olduğu üçün İstanbulda yaşayırıq".

Safurə formada qalması ilə bağlı ünvanlanan sualları da cavablandırıb: "Pəhrizin tərəfdarı deyiləm, saxlamıram. Məncə arıqlıq gendən gəlir. Əməliyyat etsəm, gizlətmərəm. Kompleksim yoxdur. Üç uşaqdan sonra arıqlayıram. Hər uşaq məndən nəsə alıb aparır. Uşaqdan sonra dəyişiklik mümkün deyil".

Qeyd edək ki, Safurə mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə qurub. Cütlüyün 3 övladı var.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...