Ekstrasens Bayram Nurlu Xalq artisti, gitara ifaçısı Rafiq Hüseynovu (Rəmiş) ziyarət edib. SİA-nın məlumatına görə, bu haqda Bayramın özü xəbər verib: "İllərlə evlərinə gedib-gəldiyim, qonaqpərvər sənətkar Allah sizə şəfa versin. Bu cür sənətkarlara dəyər vermək lazımdır. Rəmiş müəllim uşaqlığımızdan bu günə kimi ruhumuzu musiqi ilə gözəlləşdirib.

Mən sizin üçün hər zaman dualarımla və əlimdən gələni etməyə hazıram. Allah sizi qorusun.

Canım Gülü anam da çox böyük ürəyə malik fədakar qadındır. O, 24 saat Rəmiş müəllimin qulluğundadır. Gülü ananın ağlamağı məni çox üzür. Çünki onun Rəmiş müəllimdən başqa heç kimi yoxdur. Allah gitara ifaçımızı ona çox görməsin".

Bütün xəbərlər Facebook səhifəmizdə