Türkiyənin reytinqli layihələrindən olan "Sen çal kapımı" serialının finala çıxması ilə bağlı xəbərlər yayılıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ekran işində Eda və Serkanın evlilik yolunda ilk addım atması layihənin izləyicilərini məyus edib. Onlar serialın artıq bitəcəyini düşünüblər.

Ssenarinin yavaş-yavaş xoşbəxt sonluğa yaxınlaşması "Sen çal kapımı"nın final edəcəyini göstərir. Ekran işi yeni serialların başlaması ilə yanvarın sonunda bitəcək.

Qeyd edək ki, layihənin baş rollarında Hande Erçel və Kerem Bürsin çəkiliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...