Əməkdar artist: "Çoxları dedi-qodu etməklə, ev yıxmaqla məşğuldur" AÇIQLAMA

Əməkdar artist Firuzə İbadova paxıl insanlardan söz açıb. SİA-ya açıqlama verən ifaçı dedi-qodu edənlərə də pis münasibətdə olduğunu dilə gətirib: "Əfsuslar olsun ki, paxıl insanlar çoxdur. Çoxları dedi-qodu etməklə, ev yıxmaqla məşğuldur. Bəzi insanların içində kin-küdurət var. Əksəriyyət kiməsə ləkə yaxmaq, baltamaq üçün məqam axtarır. Belə insanlar hər sahədə olduğu kimi, şou-biznesdə də var. Onu da qeyd edim ki, biz sənətçilər göz önündə olduğumuz üçün həyatımız daha da qabarıq şəkildə tamaşaçılara nümayiş olunur".

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə