"Bir çox sənət adamlarını “İnstagram” gözdən saldı" MÜSAHİBƏ+FOTOLAR

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Ülviyyə Əliyevanın müsahibəsini SİA oxucularına təqdim edirik:

- Hazırda yaradıcılığınızda nə yenilik var?

- Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Qarabağ mövzusunda dramatik əsər hazırlayır. Həmin tamaşada əsir bir qadın rolunda oynayacam. Fərqli tamaşadır. Azərbaycan səhnəsində bu cür tamaşa olmayıb. Bu sözü tam əminliklə deyə bilirəm. Tamaşada 7 qadın rol alacaq. Çox gözəl tamaşa olacaq. Koronavirus infeksiyası bitəndən sonra teatrlar açılar və bu tamaşa ilə tamaşaçıların görüşünə gələrik.

- İdarə etdiyiniz verilişdə sizə qıcıq yaradan məşhur sima olduqda nə edirsiniz?

- Allaha şükürlər olsun ki, hələ bir tanınmış efirimizdə qonaq olmayıb. Onu da qeyd edim ki, proqramımıza gələn qonağa atmacalı suallar vermirik ki, özünü rahat hiss etsin.

- Səsi olmayıb, gündəmə gələn məşhurlara münasibətiniz necədir?

- Belə insanlara qarşı xoş münasibətdə deyiləm. Çünki son günlər çox təəssüflər olsun ki, musiqilərimiz elə bir vəziyyətə düşüb ki, yox səviyyədədir. Sənəti olan insanlar kənarda qalıb və çox əziyyət çəkirlər. Çünki səsi olmayanlar sosial şəbəkələrdə bayağı mahnılarla gündəmə gəlirlər. Əsl yaradıcı insanlar kölgədə qalıb. Bu da məni çox incidir.

- Sosial şəbəkələrdə təhqir yazanlara nə deyərdiniz?

- Hazırda sosial şəbəkələrdə o qədər sərbəstlik yaranıb ki, bəziləri ağızlarına gələni yazırlar. Artıq sənətkara belə hörmət etmirlər. Onu da deyim ki, bir çox sənət adamlarını “İnstagram” gözdən saldı.

Türkiyədə Bülent Ersoya böyük hörmət olunur. Amma bizim bir çox sənətkarlarımız var ki, sözügedən qardaş ölkənin sənətçisindən qat-qat yaxşı oxuyur.

- Bəs siz, sosial şəbəkələrdə izləyicilərlə söz savaşını çıxmısınızmı?

- Xeyr. Çünki sosial şəbəkədə mənə qarşı heç vaxt hörmətsizlik olunmayıb. Kiminsə məni və ailəmi təhqir etməsinə özüm də şərait yaratmaram. Kimsə məni və həyat yoldaşımı tanımadan necə təhqir edə bilər?

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə