"Prodüser hansısa müğənninin sponsoruna "ata" deməməlidir" VİDEO

"Prodüser hansısa müğənninin sponsoruna "ata" deməməlidir" VİDEO

Prodüser-aparıcı Tarix Əliyev (Tolik) verilişlərin birinə qatılıb. SİA-nın məlumatına görə, Tolik proqramda bəzi müğənnilərə söz atıb: "Bir çox ifaçılar istəyir ki, onların yaradıcılığında mənim imzam olsun. Amma hazırda şou-biznes yoxdur. Dəfn ediblər, ağlayanı yoxdur".

O, bəzi məşhurları təhqir etməkdən də çəkinməyib: "Şou-biznesdə toyuq və xoruzlar çoxdur. Bəzi sənətçilər bir az xoruzlanan kimi hasarın o biri tərəfindən baxıb, susdururam. Onu da qeyd edim ki, şou-biznes camisində ildə 2-dəfə və hər gün yumurtlayan toyuqlar var. Yəni müğənnilərin bəziləri bir ildə 2 dəfə, digərləri isə hər həftə yeni layihələrini təqdim edirlər. Mən çox işləyən sənətçilərə məhsuldar toyuqlar deyirəm və onları dəstəkləyirəm".

Tolik prodüserləri "yıxıb-sürüməyi" də özünə borc bilib: "Prodüser olmaq üçün zirək olmalısan, yaxşı əlaqələrin olmalıdır. Prodüser hansısa müğənninin sponsoru ilə oturmamalıdır. Eyni zamanda ona "ata" deməməlidir".

Aparıcı futbola olan marağından da söz açıb: "Futbola o qədər də marağım yoxdur. Futbolçu olmaq istəmirəm. Amma şou-biznesdə futbolçuyam. Pası mən verirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə