Əməkdar artist: "Qaranlıq səhnədə ağladım" ÖZƏL

Əməkdar artist Ülviyyə Əliyeva karantin dövründə teatr üçün darıxdığını bildirib. SİA-ya açıqlama verən aktrisa səhnəsiz qala bilmədiyini də xüsusi ilə diqqətə çatdırıb: “Bildiyiniz kimi, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisasıyam. Ötən gün teatra getmişdim. 22 ildə birinci dəfə idi ki, səhnəyə daxil olanda işıqları yanmırdı. Azərbaycan Dövlət Akademik Musiqili Teatrında qaranlıq səhnə heç vaxt olmayıb. O an çox ağladım.

Onu da qeyd edim ki, hazırda telekanalların birində aparıcılıq edirəm. Amma heç bir veriliş teatı əvəz edə bilməz. Teatrsız qala bilmərəm”.

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə