"Bəzi müğənnilər kimi küncdə qalmamışam, hörmətim onlardan artıqdır" ÖZƏL

Stilist Samiraldo (Samir Əliyev) qalmaqallı açıqlaması ilə gündəmə gəlib. SİA-ya açıqlama verən stilist bəzi müğənniləri “yıxıb-sürüyüb”: “Mən paxıl insan deyiləm. Amma bir çoxları hər zaman mənim pisliyimi istəyiblər. Belə ki, adını çəkmək istəmədiyim müğənninin biri ilə məni efirə dəvət etmişdilər. Bu mənimlə eyni verilişə qatılmaqdan imtina edib. Həmin ifaçıya demək istəyirəm ki, sən kimsən? Ay bala, sən mənim yanımda uşaqsan.
Toylara küllü miqdarda gedirdin. İndi hardasan? Səni hansısa məclisə dəvət etsələr, 10 manata oxuyarsan. Çünki en qədər kreditlərin var. Özünü reklam etməkdən ötrü zamanında banklardan kredit pullar götürmüşdün. Ona görə insan gərək öncədən etdiyi hərəkətləri düşünməlidir.

Onu da qeyd edim ki, həmin sənətçi özünü elə aparır ki, guya bunun fanat ordusu var. Məni sevənlər ondan çoxdur. Çünki pandemiyadan öncə məkan açılışlarına gedirdim. Həmin açılışlara 2-3 saat gecikirdim. Amma məni gözləyirdilər. Çünki mən ulduzam. Bəzi müğənnilər kimi küncdə qalmamışam. Mənə olunan hörmət bir çox müğənnilərdən qat-qat artıqdır. Hər getdiyim məkan açılışında mənə pul verirdilər. Onları isə əliboş yola salırdılar".

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə