Boşanan Yaşar Cəlilov: "Xeyli vaxt idi ki, bir evdə yaşamırdıq"
Müğənni Yaşar Cəlilov şəxsi həyatı haqqında heç kimin bilmədiyi məqama toxunub. SİA-nın məlumatına görə, ifaçı boşandığını etiraf edib: "2018-ci ilin sentyabrın 4-də ailə həyatı qurmuşam. 2020-ci ilin noyabr ayının 10-nu rəsmi boşanmışam. Qələbəyə həsr olunmuş hərbi parad günündə bayram-bayrama qarışmışdı.
Uşağımın 1 yaşı olanda məhkəməyə ilk olaraq mən müraciət etmişəm. Biz xeyli vaxt idi ki, bir evdə yaşamırdıq.
Onu da qeyd edim ki, kimsə kiminsə həyatını korlaya bilməz. Bu həyatı bizə Allah bəxş edib. Həyatımızı bizə xoş olan insanlarla başa vurmalıyıq. Mən keçmiş həyat yoldaşımı da pisləmirəm. Allah onu da xoşbəxt eləsin. Kimsə evlənəndə boşanacağını düşünmürdü. Sadəcə olaraq, qarşı tərəflə xasiyyətlərimiz uyğunlaşmadı və yollarımızı ayırdıq. Eyni zamanda, dini şəriətlərə görə mən ayrıldım. Bəlkə də dindar olmasaydım çox şeylərə göz yumub, boşanmayacaqdım.
Bildiyiniz kimi, həmin xanımdan bir qız övladım var. Məhkəmənin qərarı ilə mənə təyin olunan günlərdə uşağımı görürəm.
Allah keçmiş xanımıma və mənə xeyir versin. Artıq mənim xeyrim var. Təklik Allaha məxsusdur. Mən kimisə sevirəmsə, elə onun da yanındayam. Məni də sevən elə yanında saxlayıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB