Sevda Ələkbərzadədən yenilik VİDEO

Sevda Ələkbərzadədən yenilik VİDEO

Əməkdar artist Sevda Ələkbərzadə yeni mahnı və klipini təqdim edib. SİA-nın məlumatına görə, müğənni “Hisslərim dumanda” adlı mahnısını ekranlaşdırıb.

Sənətçi yeni işi ilə bağlı bu fikirləri səsləndirib: " “Hisslərim dumanda" bu ilin ilk albomu olmaqla yanaşı, həm də Azərbaycanda olmayan bir iş üslubu ilə fərqlənir. Belə ki, albomda 4 mahnı var. Onların biri orijinal, digər 3 versiya isə bu mahnının fərqli musiqi üslubunda olan remiksləridir. Qələbədən sonra ilk işimdir”.

Mahnının söz və musiqisi Sheyh Ree tərəfindən yazılıb. Ekran işinin rejissorluğunu Fərhad Əli edib.

Bütün xəbərlər Facebook səhifəmizdə