Kerem Bürsin Hande Erçeldən danışdı

Kerem Bürsin Hande Erçeldən danışdı

Türkiyəli aktyor Kerem Bürsin "Sen çal kapımı" serialının çəkiliş meydançasında jurnalistlərə müsahibə verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, sənətçi yenə də tərəf müqabili, aktrisa Hande Erçeldən danışıb.

Hər dəfə sevgili olduqları ilə bağlı suallar ünvanlanan Kerem bu dəfə də Handedən bəhs edib: "Çəkiliş məkanında 24 saat bir yerdəyik. Bir kişi ilə bir qadın birlikdə çalışırsa, həmin an onu sevgiyə yozmaq doğru deyil. Biz Hande ilə çox yaxınıq".

Aktyor "Qəlbiniz boşdur" sualına "Ürəyim boş deyil. Dostlarım, ailəm və ölkəmə olan sevgim ilə doludur" cavabını verib.

Bütün xəbərlər Facebook səhifəmizdə