Səbinədən sərt sözlər

Əməkdar artist Səbinə Babayeva sosial şəbəkədə ifalarından birini yayımlayaraq son vaxtlar bəstəkarların yaxşı mahnı yazmamasından gileylənib. SİA-nın məlumatına görə, ifaçı hətta sətiraltı fikirlər də bildirib: "Zaman keçdikcə hər şeyin irəli getdiyini deyiriksə, niyə bəs əsl musiqi illər öncə tükənmiş sayılır. İndi belə əsərlər çox nadir, hətta deyim ki, tapılmır. Bilirəm, haradasa qərbdə doğulsaydım, dünya şöhrətli və çox varlı ifaçı olardım. Bəs, maraqlıdır Azərbaycanda olan "show-bazar" nə vaxt ekran dəbindən yığışdırılacaq?

Bəstəkar artıq bu cür yazmır. Yaza bilənlər ya Bakıdan getdilər, ya da ruhdan düşüblər ki "Mən yazdığım mahnı bu gün hit olmaz". Çünki ortada hind-Pakistan mahnıları "xod" gedir. İnsanlar əl çalır, "ulduzumuzdur" deyir".

Bütün xəbərlər Facebook səhifəmizdə