Elcan Rəsulov Kəmalə Piriyeva haqqında: "Etiraf edirəm ki..." FOTO
Aktyor Elcan Rəsulov aparıcı, aktrisa Kəmalə Piriyeva ilə bəy gəlin paltarında olan şəklini sosial şəbəkədə yayımlayıb. SİA-nın məlumatına görə, o, paylaşımında bu sözləri qeyd edib: "Bəli, budur. Gözlənilən gün gəlib çatdı. Neçə vaxtdır götür-qoy edirəm ki, bunu sizə necə deyim. Amma düşündüm ki, bunu nə vaxta qədər gizlədə bilərəm. Daha gizlətməyin adı yoxdur. Onsuz da gec, ya tez üstü açılacaq. Etiraf edirəm, bəli, bu gün daima efirdə mənimlə tərəf müqabili olan Kəmalə Piriyevanın doğum günüdür. Mən də hamı kimi onu təbrik edirəm".
Onun bu paylaşımı müzakirələrə səbəb olub. İzləyicilər onların gizli evləndiyini qeyd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB