"Kurtlar Vadisi Xaos"la ekranlara qayıdır

"Kurtlar Vadisi Xaos"la ekranlara qayıdır

"Kurtlar Vadisi Xaos" üçün həyəcan zirvədədir. Bir müddətdir ekranlardan uzaq olan "Kurtlar Vadisi" yenidən tamaşaçılarla görüşməyə hazırlaşır.

SİA-nın məlumatına görə, bu barədə "Anadolu Ajansı"na serialın aparıcı aktyor və ssenari müəlliflərindən biri olan Necati Şaşmaz açıqlama verib.

Necati Şaşmaz "Əvvəllər "Xaos" idarəçiliyi adlı bir ideologiya var. Bu ideologiyada dünyanı xaosa yönəltmək və xaosla idarə etmək problemini izah etməyə çalışacağıq. Bu xaos rəhbərliyindən necə qurtulacağımızı, necə çıxa biləcəyimizi izah etməyə çalışacağıq" dedi.

O serialın mövzusunu bu sözlərlə izah edib. "Xaos vəziyyətində bizdən nələr alınır, nələrə qarşı mübarizə aparmalıyıq, nələrdən əziyyət çəkə bilərik. Bunları hekayəmizdə izah etməyə çalışacağıq."

Şaşmaz serialın fevral ayında Türkiyənin "Show tv" kanalında başlayacağını qeyd edərək bildirib ki, "Coğrafiyamızda, körfəzdə, bu qonşu ölkələrdə, siyasi və coğrafi tənlikdə harada olacağımızı, necə dayanacağımızı, nə edə biləcəyimizi. Bunları araşdıracaq hekayələrimiz olacaq. Qlobal olaraq Myanmadan Əfqanıstana, Makedoniyaya və hətta Amerikaya qədər uzanan hekayələr olacaq."

Maraqlı səhnələri ilə xatırlanan Kurtlar Vadisinin dəqiq başlama tarixi hələ müəyyənləşməyib. Bu barədə serialın prodüserindən önümüzdəki günlərdə açıqlama gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə