Xalq artisti Şuşadan danışıb, ağladı: "Dizimi yerə qoyub torpağı öpdüm"
Xalq artisti Nəzakət Teymurova verilişlərin birində virtual qonaq olub. SİA-nın məlumatına görə, xanəndə bir müddət əvvəl getdiyi Şuşa ilə bağlı təəssüratlarını bölüşüb: "O qədər həyəcanlı idim. Kamança ifaçısı Elşənlə məscidin yanına çəkilib ağladıq. Gedib məscidin kənarında dizimi yerə qoyub torpağı öpdüm. Sonra girib namaz qıldım, Allaha şükür etdim. Yol boyu dəhşətə gəlirdim, əsgərlərimiz o dağlara necə qalxıb. Onlar hansı yerlərdən keçib o dağlara qalxmışdı. Məscidin yanında gizlənib ağladım ki, heç kim görməsin. Paltarlarım da qara batmışdı".
Proqramda N.Teymurovanın atası Xosrov Teymurovun Ağdamda olan məzarının fotosu göstərilib. O, atasının 1986-cı ildə dəfn edildiyini söyləyib: "Cavan bacım rəhmətə getmişdi, atamın yanında dəfn olunub. Onun məzarını dağıdıblar. Bu yaxınlarda Ağdamda tədbir olmalıdır. Demişdim, birinci gedim atamın, bacımın qəbrini ziyarət edim, sonra tədbirə qatılım".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB