Gəncədə olan Xalq artisti: "Azərbaycanlıları heç bir terror qorxuda bilməz"
Xalq artisti Tünzalə Ağayeva Gəncəyə səfər edib. SİA-nın məlumatına görə, sənətçi Gəncənin məğrur şəhər olduğunu xüsusi ilə qeyd edib: "Azərbaycanın döyünən ürəyi Gəncədəyəm. Xalqımız yaxın keçmişdə böyük faciə yaşadı. Hamımız çox sarsıldıq. Gəncədəki dağıntıları görəndə elə bil ki, yenidən o terroru yaşayıram. Bu hadisə heç vaxt yaddaşlarımızdan silinməyəcək. İnsana çox ağır gəlir. Gəncə terroru zamanı günahsız ölən soydaşlarımıza Allahdan rəhmət diləyirəm. Ailə üzvlərinə səbr diləyirəm.
Terror zamanı gəncəlilərin məğrurluqları hər kəsi heyran etdi. Belə ki, onlar hadisə zamanı dağıntılar altında öz ailə üzvlərini axtarırdılar. Gəncəlilər həmin zaman da telekanallara müsahibə verəndə tarixə düşdülər. Çünki onlar çətin vəziyyətdə belə Qarabağ deyirdilər. Söyləyirdilər ki, biz hər şeyə dözəcəyik. Əsas Qarabağdır. Yəni biz azərbaycanlıları heç bir terror qorxuda bilməz. Əlbəttə ki, bu, çox qürurvericidir.
Gəncə terroru zamanı ermənilər tərəfindən gəncəlilərimizin ailə üzvləri öldü, evləri dağıdıldı. Həyatları alt-üst oldu. Bu çətinliyə baxmayaraq Azərbaycan bu sınaqlardan üzüağ çıxdı. Gəncə hər zaman məğrur və tarixi şəhər olub. Hər zaman da məğrurluğunu qoruyacaq.
Hazırda biz qələbədən sonrakı xalqıq. Biz artıq terror yaşayan yox, daha güclü Azərbaycanıq. Amma bu o demək deyil ki, Gəncə və Bərdə də baş verən terror hadisələri unudulmalıdır, silinməlidir. Əksinə gələcək nəsillərimiz, Gəncəyə və Bərdəyə gələn hər bir qonaq ermənilərin bu vəhşiliyini hər zaman görməlidir. Onların bu hərəkəti insanlığa qarşı vandalizimdir. Ermənilərin vəhşiliyi bizi heç vaxt sarsıtmayacaq.
Prezident İlham Əliyevin dediyi kimi, biz erməni faşistlərini məğlub etdik.
Mənim gəncliyim də Gəncədə keçib. Ona görə də buranın ağrısını öz dərdim bilirəm. Gəncəyə az-az da gəlsəm, bura mənim üçün əziz və doğma yurddur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB