"Mərhəmətsiz insanlara baxıram və qəlbim ağırlaşır, içim sızıldayır"
Türkiyədə yaşayan İradə İbrahimova bəzilərinə məsləhət verib. SİA-nın məlumatına görə, ifaçı həmin kəslərə bu sözləri ünvanlayıb: "Hər baş verənə kirli ruhlarını qarışdıraraq söz atan, mərhəmətsiz insanlara baxıram və qəlbim ağırlaşır, içim sızıldayır. Sizlərə sadəcə dua edirəm. İmtahanı nəticə ilə əlaqələndirib, başqasının imtahanı zənn edirsinizsə, böyük səhv edirsiniz və günahı boynunuza almış olursunuz. Bəlkə baş verənləri müşahidə edərkən, içindən keçirdiyin hisslərinlə, verdiyin reaksiyanla elə əsl imtahanı sən verirsən?! İnsanın ürəyindəki çölündəkinin yansımasıdır. Çox şükür ki, Allah çılpaqlığıyla görür niyyətimizi və nə olursa-olsun, biz bilsək də, bilməsək də, görsək də görməsək də, yaxşı, ya da pis bir şəkildə mükafatını verir. Sevgimiz, mərhəmətimiz artsın".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB