"Qremmi 2021"in vaxtı dəyişdirildi

ABŞ Milli İncəsənət və Texnologiya Akademiyası yanvarın 31-də keçirilməsi planlaşdırılan "63-cü Qremmi" mükafatlandırma mərasiminin vaxtını dəyişib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bildirilib ki, Kaliforniyada keçiriləcək tədbir koronavirusun sürətlə yayılmasına görə təxirə salınıb.

Mükafatlandırma mərasiminin dəqiq tarixi açıqlanmasa da, mart ayında baş tutacağı gözlənilir.

Qeyd edək ki, musiqiçilər "63-cü Qremmi" uğrunda 84 nominasiya üzrə mübarizə aparacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə