Yalçın Rzazadə kişi müğənnilərin geyimini bəyənmir

Yalçın Rzazadə kişi müğənnilərin geyimini bəyənmir

Xalq artisti Yalçın Rzazadə Azərbaycan estradasının müasir kişi ulduzlarının geyimini bəyənmir. SİA-ya açıqlama verən müğənninin sözlərinə görə, müğənnilər bir-birini təkrarlayırlar: "Onların hamısı bir-birini təkrarlayır. Eyni mahnılar, eyni hərəkətlər, eyni geyim üslubu. Sanki hamısı bir məktəbi keçib. Konkret olaraq Rəhim Rəhimlini heç bəyənmirəm. Onu başa düşmək olmur. Onun nə ifasını, nə də hərəkətlərini bəyənirəm. Heç xalq artisti Faiq Ağayevin də üslubunu bəyənmirəm. Mən onu başa düşmürəm".

Geyim üslubunu bəyəndiyi ifaçılar kimi isə xalq artisti İzzət Bağırovla Nadir Qafarzadənin adlarını çəkib: "Amma belələri çox azdır".

Səməd Səmədzadə haqda suala xalq artisti özünəməxsus cavab verib: "Biz müğənnilərdən danışırıq, yoxsa toyxanaçılardan?"

Bütün xəbərlər Facebook səhifəmizdə