Xalq artisti bacısı oğlundan danışdı: “Üç ilə yaxın döyüşdü, başına 27 tikiş qoydular”
Xalq artisti Brilliant Dadaşova verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, ifaçı şəhid xalası oğlundan danışıb: “Birinci Qarabağ Müharibəsində polis işləyən xalamoğlu şəhid olub. O, könüllü olaraq cəbhəyə yola düşmüşdü. Sonuncu dəfə mənim toyumda iştirak etdi. İki-üç ildən sonra şəhid oldu. Özü ailə qurmamışdı. Elə mənim toyumda çəkdirdiyi şəkillərə baxıb ağlayırdıq”.
Müğənni bacısı Lalə Dadaşovanın oğlunun da o zaman yaralandığını söyləyib: “Bacım Lalənin oğlu hərbi xidmətə yollandı. Əsgər kimi vəzifəsini yerinə yetirdikdən sonra hərbçi olmaq istədi. Üç ilə yaxın döyüşdü, başında kantuziya zədəsi (ağır kəllə beyin travması) olub, 27 tikiş qoydular. Çox həyat söndü, insanlar bədbəxt oldular”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB