Aktrisa: "Anasına bağlı kişilər həmişə asılı olur"

Aktrisa: "Anasına bağlı kişilər həmişə asılı olur"

Aktrisa Ülviyyə Xəlilbəyli övladından bəhs edib. SİA-nın məlumatına görə, o, bu sözləri dilə gətirib: "Həmişə fikirləşmişəm, əgər bir gün oğlum olarsa, ona öyrədəcəyim ilk şey bu olacaq. Fizioloji quruluşuna görə heç bir canlıdan üstün deyil. Əgər bunu öyrənərsə, kişi olduğunu sübut etmək üçün zorakılıq və şiddət göstərməz.

Qadına əl qaldırmağın utancverici hiss olduğunu dərk etməlidir. Özümə bağlamayacam. Çünki anasına bağlı kişilər həmişə asılı olur. Bir gün mən olmayanda heç bir qadından asılı olmasın. Dəyər verməyi, qorumağı, sevməyi bilsin. Onu sevən qadının göz yaşının axmasına səbəb olmasın. Ən əsası isə həyatındakı iki dəyərli qadının fərqini bilsin".

Qeyd edək ki, Ülviyyə aktyor Murad İsmayılla ailəlidir. Cütlük oğluna Fuad adını qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə