İlqar Muradov: “Toya tələbat deməklə bəhanə gətirmək lazım deyil”
Azərbaycanın əməkdar artisti İlqar Muradov yerli musiqinin hazırki vəziyyətindən narazılığını bildirib. SİA-ya açıqlama verən müğənni bu sözləri deyib: "Azərbaycanın daxili musiqi bazarı çox aşağı səviyyədədir. Əksər musiqiçilərin anlamında şou-biznesdən qabaq toy durur. Bir növ dahi sənətkarların məktəbinə əsaslanaraq, heç vaxt toy musiqisini peşəkar saymamışam. Hər zaman çalışmışam ki, yaxşı toylardan deyil, yaxşı konsertlərdən danışım. Düşünürəm ki, gənclərə yaxşı musiqini təbliğ etsən, yaxşı musiqini də dərk edəcəklər. Yoxsa, tələbat deməklə bəhanə gətirmək lazım deyil. Çox vaxt toya çağrılan müğənnilər öz repertuarlarından deyil, başqa bir müğənninin repertuarına müraciət edirlər. Axı, camaat müğənnini öz repertuarına görə, toyuna çağırır.".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB