Xalq artisti bəstəkarlara səsləndi: “Bir az aktiv olun”

Xalq artisti bəstəkarlara səsləndi: “Bir az aktiv olun”

Azərbaycan Dövlət Rəqs Ansamblının aparıcı rəqqaslarından olan Azərbaycanın xalq artisti Təranə Muradova onu narahat edən məqamlardan danışdı. SİA-ya açıqlama verən rəqqasənin sözlərinə görə, o, uzun illərdir rəqs musiqiləri sahəsində ciddi boşluq yarandığını iddia edir: "Bizim ansambl proqramını daha çox retro musiqilər üzərində qurur. Ona görə ki, bəstəkarlar yeni musiqilər yazmırlar. Bu gün meyl mahnı yaradıcılığınadır. Rəqs musiqiləri bir növ ikinci plana keçib. Bəzən deyirlər ki, milli rəqslərin təbliğində bir növ geriləmə dalğası hiss olunur. Mən bu fikirlə haradasa razıyam. Çünki insanlar eyni musiqi və eyni rəqs nömrələrini izləməkdən yorulur və tələbat ödənilmədiyi üçün maraq azalır. Bu gün fəaliyyət göstərən peşəkar bəstəkarları bir qədər aktiv olmağa çağırıram. Çünki bizim milli rəqslərin geniş səhnələrdə təbliği üçün yeni musiqilər yazılmalıdır".

Təranə xanımın sözlərinə görə, bəstəkar Eldar Mansurovun təqdim etdiyi iki yeni musiqi onların musiqi repertuarını qismən də olsa təzələyə bilib. Ancaq rəqqasə xanım bunun yetərli olmadığını bildirdi: "Vaxtilə Cahangir Cahangirov, Tofiq Quliyev kimi dahi bəstəkarlar rəqs ansamblı üçün musiqilər yazırdı. Lakin yeni nəsil yaranandan sonra bu sahədə geriləmə hiss olundu. Bugünkü musiqiçiləri rəqs musiqiləri demək olar ki, maraqlandırmır".

Bəzən deyirlər ki, milli rəqslərin təbliğində bir növ geriləmə dalğası hiss olunur. Mən bu fikirlə haradasa razıyam. Çünki insanlar eyni musiqi və eyni rəqs nömrələrini izləməkdən yorulur və tələbat ödənilmədiyi üçün maraq azalır. Bu gün fəaliyyət göstərən peşəkar bəstəkarları bir qədər aktiv olmağa çağırıram. Çünki bizim milli rəqslərin geniş səhnələrdə təbliği üçün yeni musiqilər yazılmalıdır".

Həmsöhbətim başqa bir məsələyə də toxundu. Müasir rəqs ifaçılarının qeyri-peşəkarlığından danışan rəqqasə xanım konkret olaraq oriental ifaçılardan söz açdı: "Oriental rəqs aerobika kimi bir şeydir. Lakin bəzi rəqqaslar şou göstərə bilsinlər deyə, bu oyunu geniş şəkildə təbliğ edirlər. Orientalda da peşəkar olmaq lazımdır. Lakin bəzi ifaçılar buna kortəbii yanaşaraq oynamaq məqsədlərini həyata keçirilər. Təəssüf ki, bir çox insanlarda milli rəqslərdən çox, orientala tələbat yaranıb. Oriental rəqsinin bizim köklərimizlə heç bir bağlılığı yoxdur. Halbuki öz milli rəqslərimizlə səhnədə xarüqələr yarada bilərik. Lakin gənclər pul qazanmaq xatirinəmi, yaxud nədənsə yüngül seçimlər edirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə