Sevda Yahyayeva: “5 ildir professional səhnədəyəm”

Sevda Yahyayeva: “5 ildir professional səhnədəyəm”

Konservatoriyanın 3-cü kursunda təhsil alan Sevda Yahyayeva hazırda solo konsertə hazırlaşır. SİA-ya solo konsertinin uğurlu keçdiyinidən danışan müğənni deyib ki, canlı ifası onun haqqında bəzilərində yaranan yanlış fikirlərin dağılmasına səbəb olub: "Ümumilikdə isə 5 ildir professional səhnədəyəm. Elə müğənnilər var ki, efirə çıxmırlar, amma deyirlər, 20 ildir səhnədəyik. Bəzi adamlarda belə bir fikir var idi ki, Sevdanın səsi yoxdur, canlı oxuya bilmir, fonoqram oxuyur. Konsertimdən sonra gördülər ki, canlı oxuya bilirəm. Ümumiyyətlə, belə fikirlərin yaranmasının səbəbi odur ki, bəzi yaşlı adamlar düşünür ki, cavanlar səslərini studiyada yazdırır, kompüterdə səslərini düzəldirlər".

Sevda xanım onu da bildirib ki, bir neçə telekanaldan aparıcılıq təklifi alsa da razılaşmayıb.

\"Məsələn, radioda DJ-lik etmək mənim üçün çox maraqlıdır. Aparıcılıq da həmçinin. Amma düşünürəm ki, bu, çox çətin sənətdir, mənim üçün hələ tezdir. Çünki hər bir kəlmən tamaşaçıların diqqət mərkəzində olur. İşlətdiyin hər hansı fikir səni həm düşürə, həm də qaldıra bilər\" - o deyib.

Müğənni öz komplekslərindən də danışıb. \"Deyim ki, bir çox komplekslərim var. Səhnəyə çıxanda düşünürəm ki, birdən bunu etsəm, əlimi belə saxlasam, necə olar, camaat mənə gülər və s. Əslində sənətçi utanmamalıdır, komplekslərdən uzaq olmalıdır. Düzdür, sənətçinin geyimi, görünüşü, hərəkətləri, xüsusən də ifası qaydasında olmalıdır\",- deyə o qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə