Azər Qəribə ağır itki FOTO

Aparıcı Azər Qəribə ağır itki üz verib. SİA-nın məlumatına görə, bu haqda sosial şəbəkədə yazan aparıcı anasının vəfat etdiyini bildirib: "Mənim anam 45 yaşında dul qaldı. O gündən sonra nə qədər dedik, saçlarına bir dəfə də olsun rəng vurmadı, həyat yoldaşına sədaqətliliyi kimi bunu görürdü.

Üç övlad böyütdü, boya-başa çatdırdı, nəvə toyu gördü, nəticəsi oldu. Son illər səfərlərimi elə salırdım ki, Yeni İl gecəsi Bakıda olum. Ya bu günə qədər gedib-qayıdırdım, yaxud yanvarın əvvəlində yola düşürdüm. Çünki Yeni İl gecəsini anamın yanında olurdum. Bu Yeni İl gecəsini də anamın yanında oldum, amma artıq mərhum anamın yanında. Bu gün isə onu son istəyinə görə Qəbələdə, atamızın yanında torpağa tapşırdıq.

Allah bütün vəfat edənlərə rəhmət eləsin! Pandemiya ilə əlaqədar yas mərasimi keçirmirik".

Bütün xəbərlər Facebook səhifəmizdə