Vüsalənin efirə çıxmamasının səbəbi bəlli oldu

Vüsalənin efirə çıxmamasının səbəbi bəlli oldu

Aparıcı Vüsalə Əlizadəni artıq bir neçə gündür ki, idarə etdiyi verilişini həmkarı Günay Firudinqızı əvəz edir. SİA-nın məlumatına görə, Əlizadə efirə çıxmamasının səbəbini açıqlayıb və bildirib ki, koronavirusa yoluxub: "Çox təəssüf ki, özümü qorusam da, mən də dünyanı cənginə alan sağlamlıq müharibəsinin iştirakçısı oldum. Haradan, kimdən, necə gəldiyi bəlli deyil! Hər dəfə efirdə də deyirdim ki, bu virusa yoluxmaq oğurluq, əyrilik deyil.

Bütün dünya - varlı, kasıb, məşhur, bir sözlə hamı yoluxur və yoluxacaq. İki həftədir işdə deyiləm, qaydalara görə karantində olmalı idim, oldum da.

Artıq heç kim üçün bu, qeyri-adi hadisə deyil, hamımız vəziyyətə öyrəşdik və adi hal kimi qəbul etdik. Şişirdiləcək heç nə yoxdur. Şükürlər olsun ki, özümü yaxşı hiss edirəm və bu halı pozitiv qarşıladım, belə də bitirdik.

Mənə görə narahat olub yazan, zəng edən, axtaran bütün dəyərli dost, tanış və izləyicilərimə var olun deyirəm.
Özünüzü qoruyun, Allaha əmanət olun".

Bütün xəbərlər Facebook səhifəmizdə