Elza ilə Xatun barışdı

Əməkdar artist Elza Seyidcahanla müğənni Xatun barışıb. SİA-nın məlumatına görə, uzun müddətdir küsülü olan ifaçılar Qubadlıda əsgərlərlə görüş zamanı bir araya gəliblər. Onlar birlikdə çəkdirdikləri fotonu sosial şəbəkədə yayımlayıblar.

Qeyd edək ki, sənətçilərin küsməsinə səbəb Xatunun parodiyaları olmuşdu. Xatun Seyidcahana aid olmayan şeir deyərək, onu ələ salmışdı. Xatun "ATV maqazin onlarla" verilişində ona ünvanlanan "Elza Seyidcahanın hansı şeirini əzbər bilirsən" sualına "Heç birini, ondansa gedib dua əzbərləyərəm, canıma xeyri olar" cavabını verib.

Bütün xəbərlər Facebook səhifəmizdə