Koronavirusdan sağalan Elgiz: "Günün çox hissəsini yatırdım" VİDEO

Koronavirusdan sağalan Elgiz: "Günün çox hissəsini yatırdım" VİDEO

Koronavirus xəstəliyindən sağalan aparıcı Elgiz Əkbər uzun fasilədən sonra efirə dönüb. SİA-nın məlumatına görə, aparıcı idarə etdiyi verilişində yaşadığı stressdən danışıb. Elgiz bildirib ki, dayısını koronavirusdan itirib: "Xəstəxanada öyrəndim ki, Covid 19-a yoluxan bir neçə xəstənin həyəcandan ürəyi partlayıb. Mən də həyəcanlanırdım. Dünyasını dəyişən məşhurların xəbərləri pis təsir etdi. Ən böyük zərbə isə gənc dayımı itirdim. O da Covid 19-a yoluxmuşdu.

Həkimlər gördülər ki, stressdən təzyiqim qalxır, halım getdikcə pisləşir, psixoloq gətirdilər. Dedilər bu qədər ruh düşkünlüyü olmaz. Günün çox hissəsi məni yatırırdılar. Beləcə, virusdan canımı qurtara bildim".

Bütün xəbərlər Facebook səhifəmizdə