Bəhram Bağırzadənin anası koronavirusa yoluxdu VİDEO

Bəhram Bağırzadənin anası koronavirusa yoluxdu  VİDEO

Əməkdar artist Bəhram Bağırzadənin anası Tahirə Əfəndiyeva koronavirusa yoluxub. SİA-nın məlumatına görə, bu haqda aktyorun özü xəbər verib: "Əziz dostlar, anam komadadır, COVID-19 virusundan ağır vəziyyətdədir və ona təcili qan köçürülməlidir”.

Bağırzadə anası üçün qan axtardığını əlavə edib: “Sizdən Bəhram Bağırzadə kimi deyil, onu xilas etmək üçün hər şeyi etməyə hazır olan bir oğul kimi xahiş edirəm".

Qeyd edək ki, Bəhram Bağırzadə bir müddət əvvəl özü də koronavirusa yoluxmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə