“Sen Çal Kapımı” serialında dəyişiklik baş verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ekran işinin ssenari müəllifi Ayşe Üner Kutlu layihədən ayrılıb.
Buna səbəb serialın reytinq nəticələrinin aşağı düşməsidir.
Ayşe Üner layihədən ayrılması ilə sosial media hesabında paylaşım edib və bu sözləri qeyd edib: “Bu gündən etibarən “Sen Çal Kapımı” serialı ilə yollarımızı ayırdıq. Ekran işinin produseri Asena Bülbüloğlu başda olmaqla Kerem Bürsin , Hande Erçel və digər aktyor heyətinə təşəkkür edirəm. Hər birinizə uğurlar arzu edirəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB