Bir qrup sənət adamı Şuşaya yollanıb. SİA-nın məlumatına görə, onlar arasında Xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Nəzakət Teymurova, Alim Qasımov, Əməkdar artistlər Fərqanə Qasımova, Sevda Ələkbərzadə, müğənnilər Murad Arif, Çingiz Mustafayev, stilist Elnur Həsənov, Nigar İbrahimova yer alıblar.

Məşhurlar konsert üçün getdikləri Şuşadan fotoları sosial şəbəkə hesablarında yayımlayıblar.

Z.Xanbabayeva hisslərini dilə gətirib: "Şuşadayam. Kəlimələrlə ifadə edə bilmədiyim hisslər keçirirəm. Allahım şükürlər olsun, bu günlər də bizə qismət oldu”.

Bütün xəbərlər Facebook səhifəmizdə