"Başqasına həddini bildirmək sizin işiniz deyil"

"Başqasına həddini bildirmək sizin işiniz deyil"

Müğənni İradə İbrahimova şər atanlara səslənib. SİA-nın məlumatına görə, ifaçı bu sözləri deyib: "Keçici olan dünyada sayını belə unutduğumuz çox şeylə məşğul oluruq. Ədəbiyyata inananlar üçün yanlarında, ürəklərində aparacaqları ən gözəl şey "gözəl sözdür". Gözəl danışmaq, fikirləşmək, baxmaq, gözəli bölüşmək lazımıdır.

Ürəyimizi heç bir zaman kirlətməməliyik. İnsana nəyisə demək istəyəndə, "ona yaraşmır" düşünün. Başqasına həddini bildirmək sizin həddiniz deyil fikirləşin. Onda içimiz açılar, hüzurla dolar. Yastığa qoyduğunuz başınız hüzur içində, gözəlliklə coşub-daşaraq yuxuya gedər. Gözəl yuxular hər zaman mükafatdır. Yəni gözəl bax, gözəl düşün, gözəl olsun. Düşündüyünüz nədirsə ürəyiniccə olsun. Onsuz da elə olur, əksi mümkün deyil. Səbr et və izlə".

Bütün xəbərlər Facebook səhifəmizdə