Aydan İlxaszadə: " “Türkvizyon”da “Sarı gəlin”i böyük qürur hissi ilə ifa etdim" FOTOLAR

Aydan İlxaszadə: " “Türkvizyon”da “Sarı gəlin”i böyük qürur hissi ilə ifa etdim"  FOTOLAR

“Türkvizyon” Türk Dünyası Mahnı Müsabiqəsi bu il COVID-19 pandemiyası ilə əlaqədar onlayn formatda keçirilib. Azərbaycanı bu müsabiqədə Aydan İlxaszadə təmsil edib. O, yarışmada, həmçinin “Sarı gəlin” mahnısını da ifa edib. Onlayn formatda keçirilən səsvermədən sonra “Sarı gəlin” ifaçıya “Tamaşaçı rəğbəti” mükafatı qazandırıb.

SİA-nın məlumatına görə, Aydan İlxaszadə ilk dəfə 2016-cı ildə ATV kanalında “Azərbaycanın səsi” müsabiqəsində birinci yeri tutub və yarışın qalibi kimi “Türkvizyon” Türk Dünyası Mahnı Müsabiqəsinə dəvət alıb. Lakin həmin vaxt Türkiyədə terror aktlarına görə yarışın keçirilməsi təxirə salınmışdı. Nəhayət bu il yarışı onlayn formatda keçirmək mümkün oldu.

O, sözləri Abdulla Qurbaniyə, musiqisi Nailə Mirməmmədliyə məxsus olan “Can can, qardaş can” mahnısı ilə səhnəyə çıxıb. Münsiflər heyətinin rəyinə əsasən, birinci yerin sahibi ukraynalı Natalya Papazoğlu olub. İkinci yerə Rusiya, üçüncü yerə isə Bosniya və Herseqovina təmsilçisi çıxıb. Azərbaycan beşinci, Türkiyə isə on ikinci yeri tutub.

Aydan İlxaszadə yarışma haqqında fikirlərini dilə gətirib: “Türkvizyon”da “Sarı gəlin”i böyük qürur hissi ilə ifa etdim. Yarışmada 26 ölkə və bölgənin təmsilçiləri 200 illik tarixə söykənən qədim türk mahnısı - “Sarı gəlin”i ifa edirdilər. Zahirən sarışın olmağım və sarı rəngi sevməyim məni səhnədə ilhamlandırdı və təsvirə özəl bir rəng qatdı”.

Bütün xəbərlər Facebook səhifəmizdə