Röya: "Böhtana, təhqirə susa bilmədim"

Röya: "Böhtana, təhqirə susa bilmədim"

Xalq artisti Röya Ayxan müğənni Roza Zərgərlinin qızı Bənövşənin ünvanına yazılan tənqidlərə münasibət bildirib. SİA-nın məlumatına görə, ifaçı bəzilərinə məsləhət verməyi də unutmayıb: "Bir az vaxt tapıb "İnstagram" səhifələrində bəzi xəbərləri oxudum, şərhlərə də baxdım. Çox məyus oldum. Bilmədən, öyrənmədən bir insana necə böhtan atıla bilər? Hələ o, gənc bir qızdırsa...

Başqasını əzmək istəyənlər fikirləşsin ki, hər kəsin evində balası, ailəsi var. Olmayan şeyləri şişirtməyək. Mənim nə həmkarım Roza Zərgərli, nə də qızı ilə yaxınlığım var. Bu məsələni dəqiqləşdirən, araşdıran biri kimi deyirəm, belə bir şey yoxdur. İnanın mənə! Bu günədək az sayda bu mövzulara münasibət bildirmişəm. Amma bu böhtana, təhqirə susa bilmədim. Necə birinin üstünə gedib, onu təhqir etmək, psixoloji zərbə vurmaq, taleyini qaralamaq, ləkə yaxmaq olar? Sözlər birindən digərinin ağzına keçir, üstünə də qoyulur, yalanlar ard-arda düzülür. Bu həssas dövrdə hər kəsdən rica edirəm. Şərh yazarkən diqqətli olun, əlinizi vicdanınıza qoyun. Paylaşımı görüb də, anında inanmayın. Hər kəsə təşəkkür edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə