Müğənni İlhamə Qasımova yeni "Nələr oldu" mahnısını təqdim edib. SİA-nın məlumatına görə, bəstənin sözləri Azad İsayev, musiqisi Pərviz Mahmudova aiddir.
Yeni işindən danışan sənətçi bu sözləri dilə gətirib: "İllər öncə Pərvizdən mahnının təklifini aldım. Bəzi işlərimlə əlaqadar o vaxt mahnını ifa edə bilmədim, sonra da Amerikaya getdim. Okeanın o tayında olarkən Pərviz yenidən mahnını mənə təklif etdi. Sağ olsun, hər şeyi mən gələnə qədər özü hazırladı. Düzdür, pandemiya səbəbi ilə bütün işlər kimi bu da gecikdi. Amma sonunda gözəl iş ortaya çıxdı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB