Qalmaqallı ad günündə iştirak edən Mətanət İsgəndərli də cərimələndi
Bakıda özünə ad günü keçirən qalmaqallı məktəb direktoru Nailə Məmmədovanın məclisində iştirak edən Əməkdar artist Mətanət İsgəndərli cərimələnib. SİA-nın məlumatına görə, müğənni barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsilə protokollar tərtib edilib. Sənətçi 200 manat məbləğində cərimə olunub.
Məclisin digər iştirakçılarının da müəyyən edilməsi istiqamətində tədbirlər görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB