Məşhurlarımız Xankəndindən və Şuşadan yeni görüntülər yaydı FOTOLAR+VİDEO

Məşhurlarımız Xankəndindən və Şuşadan yeni görüntülər yaydı FOTOLAR+VİDEO

Xəbər verdiyimiz kimi, bir qrup sənət adamı ötən gün işğaldan azad edilən Qarabağ torpaqlarına yollanıb. SİA-nın məlumatına görə, onlar Şuşada konsert proqramında çıxış ediblər. Səfər zamanı əsgərlər üçün mahnılar oxuyanlar arasında Xalq artistləri Tünzalə Ağayeva, Ənvər Sadıqov, Əməkdar artistlər Təyyar Bayramob, Abbas Bağırov, müğənnilər Azad Şabanov, Mirələm Mirələmov yer alıblar.

T.Ağayeva Gövhər Ağa məscidini ziyarət etdiyini bildirib və hisslərini izləyiciləri ilə bölüşüb: "Nəhayət Gövhər Ağa məscidində oldum. Vətənim, şəhidlərimiz üçün dua oxudum. İnsana fantastik, möhtəşəm hiss yaşadır. Sözlə ifadə olunmur. Sevincdən doya bilmirik. Bəli, mən mədəniyyət, musiqi beşiyi olan Şuşadayam. Burada igid oğullarımızı görürük".

A.Şabanov həm Şuşa, həm də Xankəndindən şəkil və görüntülər yayımlayıb. O, paylaşımına bu sözləri əlavə edib: " Şükür olsun bu sözləri bu gün burada deyə bilirəm, xoşbəxtliyi hiss edirəm, Gövhər ağa məscidində Allahıma dua etmək nəsib oldu. Hər bir Azərbaycanlıya qismət olsun. Allah ş̧əhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa və uzun ömür versin, Əsgərlərimiz var olsun".

Bütün xəbərlər Facebook səhifəmizdə