Tünzalə Ağayeva Cıdır düzündə: "Şuşada ən ali səhnədəyəm" VİDEO
Xalq artisti Tünzalə Ağayeva Şuşaya səfər edib. SİA-nın məlumatına görə, bu haqda ifaçının özü xəbər verib: "Şuşa, Cıdır düzü səni görmək möhtəşəm və unudulmaz hissdir. Sənə qovuşdurana sonsuz şükürlər olsun.
Dövlət Təhlükəsizlik Xidmətinin təşkilatçılığı və dəstəyi ilə Şuşamızda, Cıdır düzündə mən və sənət dostlarım əsgərlərimiz üçün ilk konsert verdik.
Arzuladığımız Cıdır düzü, Topxana meşəsi, igidlərimizin qalxdığı qayalar artıq bir gerçəkdir. Allah şəhidlərimizə rəhmət eləsin. Onların ruhu şad olsun. Şuşa üçün canını, qanını fəda edən qəhrəman oğullarımız var olsun.
Şuşada ən ali səhnədəyəm. Dünyanın bir çox səhnəsində olmuşam və dəfələrlə güllər almışam. Amma əsgərimizin Cıdır düzündə mənə verdiyi bu güllərin qiyməti yoxdur və heç nə ilə müqayisə olunmur.
Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB