Azadlığa buraxılan Kamil Zeynallının anası və qızı ilə yeni VİDEOSU

Azadlığa buraxılan Kamil Zeynallının anası və qızı ilə yeni  VİDEOSU

Həbs edilən fitness məşqçisi Kamil Zeynallı vaxtından əvvəl azadlığa buraxılıb. SİA-nın məlumatına görə, azadlıqda olan Kamil yeni görüntülərini sosial şəbəkədə yayımlayıb. Videoda Zeynallı ilə yanaşı, anası və qızı yer alıb.

Kamil Zeynallı dekabrın 14-də Göygöl rayonu ərazisində işğaldan azad edilən ərazilərə getməyə cəhd edib. Lakin həmin vaxt ona ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən icazə verilməyib. Polisin qanuni tələbinə tabe olmayan K.Zeynallı saxlanılaraq Göygöl Rayon Polis Şöbəsinə gətirilib. Həmin gün məhkəmənin qərarı ilə Kamil Zeynallıya 30 sutka inzibati həbs verilib.

Qeyd edək ki, Kamil ötən ilin mart ayında xırda xuliqanlığa görə, 2020-ci ilin may ayında karantin rejimini pozduğu üçün, oktyabr ayında isə Azərbaycan Ordusunun yerdəyişməsi zamanı hərbi texnikaları videoya çəkərək yaydığı üçün saxlanılıb və hər birində 10 sutka həbs edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə