Mətanət İsgəndərlidən: "Boşanıb uşaqları bədbəxt edirlər" AÇIQLAMASI

Mətanət İsgəndərlidən: "Boşanıb uşaqları bədbəxt edirlər"  AÇIQLAMASI

Əməkdar artist Mətanət İsgəndərli verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, ifaçı boşanmalardan danışıb: "İndiki zamanın bəlasıdır: nə qədər ayrılan və boşananlar var. Bu bir fəlakətdir. Övladlar olanda daha bəlalıdır. Biri var uşaq olmaya, onda problem deyil. Ona görə də ana gərək övladı varsa, dözməli, özünü fəda verməlidir. Ana hər şeyi qurban verməlidir. O, uşağı dünyaya gətirməyəydin. Əgər fikirləşirsən ki, ana olacaqsan, hər şeyi gözə almalısan. Biri var gənc olursan... Hər zaman deyirəm, analar, qızlarınızı tez ərə verməyin. Bir də var 30-40 yaşda ana özünü fikirləşir. Bəs, uşaqlar? Axı onlar travma alırlar. O cür uşaqlar sağlam ola bilməz, psixoloji zərbə alırlar.

Sənətə uşaqlıqdan gəlmişəm. Ailə quranda oxumağı atdım. İki uşaq dünyaya gətirdim, balalarımı böyütdüm. Sonra həyat yoldaşım və qayınanamın icazəsi ilə oxudum. Onlar mənə dayaq oldular. Əsas niyyətdir. Niyyətim olmayıb ki, gedəcəm ailəmi dağıdacam. Heç kimin bədbəxtliyi üstündə, hallalıq almasan, ailəni dağıdıb bu yolu seçməməlisən. Amma çoxu indi deyir ailəmi dağıdacam, uşaqlarımı bədbəxt edib sənətə gələcəm, iş quracam. Ərin halallıq verməsə, sonun fəlakətdir".

Qeyd edək ki, M.İsgəndərli bir müddət əvvəl oğlu Kərimin ayrılma xəbəri ilə gündəmə gəlib. Gəlini Canana hazırda tək yaşadığını, ərinin ona baxmadığını söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə