"Gözəl qadınların bəxti olmur" FOTO

"Gözəl qadınların bəxti olmur" FOTO

Əməkdar artist Nailə İslamzadə ötən gün dünyasını dəyişən Xalq artisti Səfurə İbrahimova ilə bağlı paylaşım edib. SİA-nın məlumatına görə, aparıcı şəklə bu sözləri qeyd edib: "Səfurə xanım, ilk bahar qızımız... Son dəfə bir il əvvəl evində görüşdük, bir möcüzə idi onun "Ötən günlər"ə gəlməsi... Xeyli dərdləşmişdik. "Gözəl qadınların bəxti olmur" deyirdi. Həyatdan, teatrdan incik getdi. Məkanı cənnət, ruhu şad olsun. Allah rəhmət eləsin".

Bütün xəbərlər Facebook səhifəmizdə